İstanbulun qızlarıSaçları qıvrım-qıvrım.Gözlərində boğuldumÜzümə baxma, yavrum.

Dərməm, çiçək deyilsən,Sınmam, külək deyilsən,Sən ki şimşək deyilsənBaşımda çaxma, yavrum.

Bu aman sazdan axır,Bu duman yazdan axır.Zaman boğazdan axır,Su olub axma, yavrum!

Soyuq nəfəs deyiləm,Özgə bir kəs deyiləm,Mən dilbilməz deyiləmSəsimdən qorxma, yavrum.

Sənsiz gülə bilmərəm,Düşüb ölə bilmərəm,Bir də gələ bilmərəm,Məni buraxma, yavrum!

Ataköy, 29.X.1990

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri