Harda qaldı buz bulaqlar,Çağlayıb daşa bilmirəm,Yurd yerləri mənsiz ağlar,Səsimi qoşa bilmirəm.

Ayağımda dəmir kündə,Silahım korlaşıb qında,Zirvələrim qan içində,Zirvəni aşa bilmirəm.

Bostanları uralanıb,Köçü-karvanı talanıb,Bu el dağdan aralanıb,Dağdan danışa bilmirəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən