Dünyada sevincdən bolOlsa, gün işığı olardı.Sevinc hər yerdə vardı.Əlimə sapand keçməyi,qarmağımabalaca balıq düşməyi,səhərin açılmağı,gülün rəngi,nənəmin kəməri,babamın tüfəngi vardı;Günəş, gülşəlalə, duman, çən...bir sözlə,başıma sevinc yağırdı göydən.İllər ötüşdü,güzarım toylara düşdü.Hər yaz,hər payız toy.Elədi bizim dətayımız toy,dəyişdik danışığı, yerişi.Olduq toylardabəyin soldişi.Uşaqlıq bizdən qaçdı,şit zarafatlar yığışdı.Sevgi məktubu idibütün məktublar,kağızlar.Dünyada yalnız toy vardı,bir də toyu olasıoğlanlar, qızlar...Keçdi illər...Ömrümdə neçə dəfəaçıldı güllər,soldu güllər,başladı payızın soyuq hökmü.Nazim demiş“Başladı nəslimizinyarpaq tökümü”.Hər adnarəhmət oxuyuruqneçə tanışa, dostun adına.Get-gedə bəd xəbərtez-tez çalır zəngimizi.Öyrəşmişik,adamın bərkiyir üzü.Yas yeri nə qədər olarmış,dünyada nə qədər ölən varmış...Uşaqlıqda sevinc olan qədər!Cavanlıqda toy olan qədər!Qocalıqda ölən qədər...Yaxşı ki, dünyada çoxdoğulur körpələr.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar