Bu da belə bir nağıldı.Taxtadan adam yondum,adını qoydum Ağıllı;geyindirdim şux.Kişilər həsəd apardı,qızlar, gəlinlər oldu aşiq.Məclislərdə susdu,iclaslarda susdu,toylarda susdu,yaslarda susdu.Nə bir dəfə qımzandı,Nə də əhvalı pozuldu.Susduqca da hörmət qazandı –Axı deyiblər:“Susmaq qızıldı”.Axırda vurub özüm sındırdım.Dedilər: “Ağıllıların düşmənidi”.Nağıl burda qurtardı.Nağıl dəbinə görə gərəkGöydən üç alma düşəydiBiri də düşmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri