Sanma cahanda əhli-vəfa məhliqaləri,Bietibar olurmuş hamı, yox vəfaləri!

Aldanmayın zəmanədə hərgiz gözəllərə,Daim edərlər aşiqə cövrü cəfaləri.

Yoxdur cahanda bir nəfər əhli-vəfa, könül,Bəs ki tutubdu aləmi boş iddiaları.

Eşqə əbəsdi qılma həvəs, ey əsiri-eşq,Çünki çəkibdi eşqdə başım bəlaləri.

Kəsmə, amandır, lütfünü aşiqdən, ey sənəm,Şahlar həmişə rəsmdir, saxlar gədaləri.

Hər mahiru gözəldə məgər beylə zülm olur?Tərk et cəfanı, tut rəvişi-binəvaləri.

Vahid, cəfayi-eşqdən ikrah qılmadın,Etdin qəbul ruzi-əzəldən bəlaləri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq