Yandırıcı firqətin yaxdı məni narinə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yandırıcı firqətin yaxdı məni narinə,Könlüm ulaşmaq dilər yari-vəfadarinə.
Eşqə əsir eylədi canımı şol cövri çox,Lütf ilə bir baxmadı yari-giriftarinə.
Oldu gözümdən iraq şol sənəmin surəti,Yarəb, irişdir məni dövləti-didarinə.
Gərçi süzülmüş gözü eylədi sayru məni,Rəhməti anın qanı aşiqi-bimarinə?
Yürəgimi yarəli eylədi şövqün, iriş,Yarəsinə bax bu gün, qoyma anı yarinə.
Yandırıram canımı şəm’inə pərvanətək,Yanar imiş yar üçün vasil olan yarinə.
Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmadı,Yox tut anı, heçə say, qalma onun varinə.
Eşqinə qalu bəla çün demişəm sidq ilə,Əhdini sındırmazam, durmuşam iqrarinə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yarə Nəsimi kimi canını qurban edən,Məhrəm olur ta əbəd məxzəni-əsrarinə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-yandirici-firqetin-yaxdi-meni-narine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ala gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.