Könlümün şəhrini çün kim, eylədi yəğmayi eşq
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq.
Çıxdı sərvim, aləmə əsrarımı faş eylədi,Halıma həmdəm olandan dünyada sevdayi-eşq.
Qalmadı namusü namım eşq içində zərrəcə,Qoymuşam namusü namı, olmuşam şeydayi-eşq.
Nitq imiş aləmdə mövcud, eşq imiş qayimməqam,Bizə bildirdi əzəldən rəhbəri-mövlayi-eşq.
Sən humayun laməkansan, kəndözündən bixəbər,Gəlmədin ta kim, görəsən mənzili-ə’layi-eşq.
Çıx qəfəsdən, gəlgil, ey bülbül, gülüstan seyrin et,Bas qədəm meydani-eşqə görəsən mə’vayi-eşq.
Məqtə — şairin təxəllüsü olan son beyt. Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-Qaf,Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-konlumun-sehrini-cun-kim-eyledi-yegmayi-esq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ləbinə əhli-nəzər can dedilər, gerçək imiş,Ağzına nükteyi-pünhan dedilər, gerçək imiş.
Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilərLəbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər,Gərçi uçmaq hurusu cümlə ana can dedilər.
Ləblərin şərbətinə çeşməyi-heycan susadıLəblərin şərbətinə çeşmeyi-heyvan susadı,Sulu incilərinə təşnə kimi can susadı.
Mahi-tabandır üzün, ey afitabi-xavəriMahi-tabandır üzün, ey afitabi-xavəri,Təl’ətindən münfəildir şəmsü mahü Müştəri.
Başqa şairlərin şeirləri · Eşq
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Bu eşq şair xəyalıymışNə dostdan bir xəbər gəldi,Deyəm əhdə vəfalıymış.
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.