Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər,Gərçi uçmaq hurusu cümlə ana can dedilər.
Səni bu hüsni-camal ilə, kamal ilə görüb,Qorxdular həq deməyə, döndülər insan dedilər.
Surətin vəsfini sordum isə hər taifədən,Məninin güzgüsünü surəti-rəhman dedilər.
Sunbülün halı pərişan, dedilər, hal əhli,Allah-Allah, nə üçün, mişkə pərişan dedilər?
Bir qılın qiymətini hər kimə sordumsa, anaGənci-Qarun ilə min mülki-Süleyman dedilər.
Düşmənin adını aşiqlərə sordum ki, nədir,Eşidən cümlə nə kafər, nə müsəlman dedilər.
Şək degil kim, üzünü görməmiş anlar ki, səniHuriyə bənzədübən Yusifi-Kənan dedilər.
Ləblərin vəslinə irmək mana müşkül görünür,Gərçi sordular anı, dil ilə asan dedilər.
Ağzın əsrarına əndişə qaçan vaqif olaKi, üqul əhli ana nükteyi-pünhan dedilər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, dəmi-İsa degil isə nəfəsin,Nəfəsi doğrular ana nə üçün can dedilər?
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-lebine-ehli-nezer-cesmeyi-heyvan-dediler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Ey dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
TövbənaməEy xuda sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eləyib ağlaram mən.
İsmayılaBu tac, bu taxt qılınc vəfa,Şıx oğlu Şah İsmayıla.