Ləblərin şərbətinə çeşməyi-heycan susadı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ləblərin şərbətinə çeşmeyi-heyvan susadı,Sulu incilərinə təşnə kimi can susadı.
Şəkkərin püsteyi-dəndanına kim susamaya?Sanma kim, yalqız ana püsteyi-xəndan susadı.
Ənbərin sünbülünə badi-səhərgah əsicək,Vəslinə laleyi-sirab ilə reyhan susadı.
Sözünün dadına şirin şəkər oldu təşnə,Nə şəkərdir bu kim, ana şəkəristan susadı?
Cövrü bidad ilə tökdü cigərim qanını yar,Şöylə bənzər ki, cigər qanına canan susadı.
Necə qəhr eyləyəsən, aşiqinə rəhm eyləKi, sənin rəhmətinə aşiqi-heyran susadı.
Sayru oldum, kərəm et, aşiqini sormağa gəlKi, könül vəslinə, ey dərdimə dərman, susadı.
Susadım vəslini görməkliyə, ey cani-cahan,Şöylə kim, Yusif üçün Yə’qubi-Kən’an susadı.
Sallanub naz ilə gəlgil ki, mənim didələrimAyağın tozuna, ey xosrovi-xuban, susadı.
Gül kimi gülə-gülə gəl aradan pərdə götürKi, üzün görməginə dideyi-giryan susadı.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilətKim, anın diqqətinə dürr ilə mərcan susadı.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-leblerin-serbetine-cesmeyi-heyvan-susadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Füzulinin bir qəzəlini tərbiDərdə düşdüm əsərindən sitəmi-hicranın,Çarədən ötrü dolaşdım nərəsin dünyanın.
GörmənəmEy ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.