Könlümün viranəsində gənci-pünhan bulmuşam
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Könlümün viranəsində gənci-pünhan bulmuşam,Olmuşam şol maha qurban, yüz dilü can bulmuşam.
Eşq dərdindən qaçan könlüm usana, çünki mənDilbərin dərdində hər dəm bunca dərman bulmuşam.
Küfr əgər iman deyilsə pəs niçün düşmüş ki, mənKüfri-zülfün həlqəsində nuri-iman bulmuşam?
Xızr əgər zülmata vardı, istədi abi-həyat,Mən dodağın çeşməsində abi-heyvan bulmuşam.
Dişlərin əksi, nigara, könlümə nəqş olalı,Gözlərim bəhrində hər dəm dürrü mərcan bulmuşam.
Rövzeyi-rizvanə də’vət qılma, ey zahid, məni,Çün mən ol dərgahdan səhni-gülüstan bulmuşam.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, canımı şol qaşa qurban eylədim,Gör nə gögçək şol hilali-yayə qurban bulmuşam.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-konlumun-viranesinde-genci-punhan-bulmusam
← → düymələri ilə keçid, R — təsadüfi şeir