Könlümdə mənim eşqi-camalın əzəlidir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Könlümdə mənim eşqi-camalın əzəlidir,Şol nəsnə kim, oldu əzəli, ləmyəzəlidir.
Nəfsini biləndir ki, yəqin rəbbini bildi,Həqdən bu məqamata irən bil ki, vəlidir.
Nəfsini bilən bil ki, həqi bildi həqiqət,Inkarına bel bağlama kim, qövli-Əlidir.
Ey üzü turuş xəl kimi zahid, meyə sun kim,Safi ləbinin dadlu şərabı əsəlidir.
Ey yarını dünyayavü üqbaya verən, gəl,Bul nəsnəyi dünyada ki, yarın bədəlidir.
Endirmədi baş əhsəni-təqvimə əzazil,Anı buraxan lə’nətə, anın cədəlidir.
Idrak edəməz surətini görməyən ə’ma,Şol mə’niyi kim, hüsni-camalında cəlidir.
Saf olmayan altun kimi mehrinlə cahanda,Şol üzüqara qəlb imiş, adı zəğəlidir.
Ey yara fəda eyləmyən canını aşiq,Mə’şuqdan uy vermə ki, eşqin əməlidir.
Aşiqlərinin qanına bandırdı əlin dost,Şol qana girən daim anın simin əlidir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün buldu Nəsimi əbədi ömr saçından,Şol dirliyi neylər ki, zamani-əcəlidir.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-konlumde-menim-esqi-camalin-ezelidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayəƏgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.
از هرچه هست ذکر جمال تو خوشترستحسن تو مظهر آمد و عشاق مظهرست
BayatılarƏzizim, yüz il məni,Xalına düz ilməni.