Könül sarayına mehri buraxdı ta tabi,Gözümdən oğru xəyalın oğurladı xabı.

Cigər damarı gözündən yol eyləmiş çeşmə,Bu babdən cigəridir bu çeşmənin abı.

Müdam cami-ləbin həsrətindən axar yaş,Bəbəkləri qədəhindən şərabi-innabı.

Gözüm səvadinə girmiş bənin kimi nəqşin,Qaranqudan necə bulmuş bu oğru ol babı?

Cəmalını diləyən ayə iltifat etməz,Kim arzulaya günəşin qatında mehtabı?

Şərabi-lə’linə saqi əcəb, nə qatmışdırKi, bixud edərü mədhuş şeyx ilə şabı?

Götür niqabı, cahanı cəmali-hüsn ilə dutKi, bəylik etməyə cəm eyləmişdir əsbabı.

Təbəssümə gəlicək gül kimi dodaqların,Ziyafətində qılır qərqə şəkkəri-nabı.

Məqtə — şairin təxəllüsü olan son beyt. Fəraqi-cövrünə qatlan, Nəsimi, gəl səbr et,Ola ki, açıla bir gün vüsal əbvabı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran