Qara saçın ki, zülmatındadur nur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qara saçın ki, zülmatındadur nur,Anın adıdurur nurən-ə’lanur.
Yanağından əyan oldu ənəlhəq,Qaçan surət olar güzgüdə məstur.
Nəzirin yoxdur, ey dilbər, nəzirin,Zəhi sahibnəzər pakizəmənzur.
Mana məqsud iki aləmdə sənsənKi, sənsən cənnətü cənnətdəki hur.
Nə meydən əsrimiş nərgislərin kim,Məni əndişəsindən qıldı məxmur.
Nə müshəfdür ki, hüsnün ayətiniBəyan etdikcə əql andan düşər dur?
Vüsalın cavidani səltənətdir,Bu dövlət olmadı hər şaha məqdur.
Gəl, ey sultani-aləm, arif ol kim,Məlik mə’nidə arifdir, nə fəğfur.
Əgər nuş istər isən nişə qatlanKi, nuşu nişsiz verməz bu zənbur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nə qeyrətli ənəlhəqdir bu, yarəb,Ki, Mənsuru asar darına mənsur.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-qara-sacin-ki-zulmatindadur-nur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
MəhəbbətimizÖz doğma ananın gözlərinə baxSən görmək istəsən kədər rəngini.
Ayrımın gözəlləriYaylaq yolları yoxuşlu,Əlləri dərmə naxışlı,