Qaşın vəhyi bizə bürhan irişdi,Üzündə tə’vili-fürqan irişdi.

Üzündür həq kitabı-vəhyi-mürsəl,Zəhi dövlət sana həqdən irişdi.

Qaşınla kirpigin Turun dağındaNecə bir Musiyi-Imran irişdi.

Aşiq öz dərdinə çün buldu dərman,Həzaran hikməti-Loğman irişdi.

Necə bir hikmət ilə tökdü qanın,Neçənin dərdinə dərman irişdi.

Fənayi-mütləq oldum eşq içində,Əzəldən çün tənə ol can irişdi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Itirmə Misrini sən, ey Nəsimi,Bu Misrə Yusifi-Kən’an irişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq