Gəldi baharü könlüm açılmaz bəhardin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gəldi baharü könlüm açılmaz bəhardinKim, ayru düşmişəm məni-dilxəstə yardin.
Yapışdı xuni-dil bilə bir-birinə gözüm,Sənsiz mana çe sud gülü-laləzərdin.
İçin şərab çeşmeyi-çeşmümni qıl vətənKim, yegdürür bu çeşmeyi-ləb-cuybardin.
Bir əhli-dil xani ki, ana şikvə qılğalı,Dərdi-fəraqi-yaru ğəmi-rüzigardin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xaki-rəh oldu Kişvərivü tapmadı əman,Nə istər isən, ey rəqib, sən ol xaksardin.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-geldi-baharu-konlum-acilmaz-behardin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib,Ləblərinin şərbətindən binəsibəm, ya nəsib.
Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görübXəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb,Avçı tək kim, ox çıxarub səlbdən ceyran görüb.
Eşigində düşmişəm hər gecə daşə yastanıbEşigində düşmişəm hər gecə daşə yastanıb,Gözlərim giryanü köksüm yarəvü bagrım yanıb.
Vəh ki, bir namehriban dildarı sevdim aqibətVəh ki, bir namehriban dildarı sevdim aqibət,Munca gəzdüm, bir vəfasız yarı sevdim aqibət.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Getmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Novruz bayramıİştə novruz! Yetişdi fəsli-bahar.Gəldi işrət zamanı, qardaşlar!
Könlüm açıldı zülfünü gördükdə şanəsizKönlüm açıldı zülfünü gördükdə şanəsiz,Biganə batdı matəmə, qaldı nişanəsiz.
Ağ dənizdəOldum bir ay Ağ dənizdə, Xəndan,Qaldım gidi dalğalarla dalğın.