Könlüm açıldı zülfünü gördükdə şanəsiz
Könlüm açıldı zülfünü gördükdə şanəsiz,Biganə batdı matəmə, qaldı nişanəsiz.
Göstərmə gül cəmalını, artırma naləmi,Bülbül bahar olanda dayanmaz təranəsiz.
Daim gözün xəyalını könlümdə bəslərəm,Bimarı kim görübdür, ola xəstəxanəsiz?
Cəllad min bəhanə ilə qəsdi-can edər.Sən öldürürsən aşiqi hər gün bəhanəsiz.
Zülfündən ayrı ruhum uçur, axtarır səni,Sakit olarmı, bir quş ola aşiyanəsiz?
Hər yerdə, Vahid, indi sənin söhbətin gedir,Xalqın sevən bir aşiq olarmı fəsanəsiz?
Kitabxana.az · https://kitabxana.az/works/vahid-konlum-acildi-zulfunu-gordukde-sanesiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey gül, sənə dünyada bərabər yenə varmı?Səndən də gözəl sevgili dilbər yenə varmı?
Göstərmə məndən özgəyə, ey gül, cəmalınıGöstərmə məndən özgəyə, ey gül, cəmalını,Tanrım mənə nəsib eyləyə ta vüsalını.
Məcnunla vurdu bir gecə Leyli arasınıMəcnunla vurdu bir gecə Leyli arasını,Min dərdə saldı aşiqi-bəxti-qərasını.
İnanmayaydım əzəldən o canalanə gərəkİnanmayaydım əzəldən o canalanə gərək,Onu sevincə, bu könlüm dönəydi qanə gərək!
Başqa şairlərin şeirləri · Eşq
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Bir nigarı istərəm aləmlərin əlasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Nə gözəldir o camalın, a gülüm!Nə gözəldir o camalın, a gülüm!Canıma dərdü məlalın, a gülüm!
Qulluğunda gərçi var, cana, bəsi təqsirimizQulluğunda gərçi var, cana, bəsi təqsirimiz,Yoxdurur lütfündən özgə imdi hiç tədbirimiz.