Ey gül, sənə dünyada bərabər yenə varmı?
Ey gül, sənə dünyada bərabər yenə varmı?Səndən də gözəl sevgili dilbər yenə varmı?
Gülzari-cahanda, görəsən, səndən əlavəƏn incə, lətafətli güli-tər yenə varmı?
Qan tökməyə çox mahir idi gözlərin əvvəl,Ol fitnəli gözlərdə o şakər yenə varmı?
Bülbülləri mən tək gətirən şurə çəməndə,Bir bülbüli-şeyda mənə bənzər yenə varmı?
Yüz aşiqi bir rəmzlə Məcnun eləyənlər,Ol Leyli məlahətli gözəllər yenə varmı?
Öz aşiqinə zülm edə, biganəyə min naz,Bir sən kimi birəhm, sitəmgər yenə varmı?
Sultanlara, xaqanlara baş əyməyən əsla,Dərviş kəramətli qələndər yenə varmı?
Vahid! Hanı Yusif, hanı Səyyar ilə Saqib,Kimdən soraq; ustadımız Azər yenə varmı?
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ey-gul-sene-dunyada-beraber-yene-varmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dədə, vay, hey yatıram, bir yuxudan doyammıram,Bu ağır yatmağımın sirri nədir, duyammıram?
Heç yox imişFaşistlərin burnun əcəb ovdular,Qoşunların Moskvadan qovdular.
Dədəm vay!Hitlerin dedikləri*Olmaz mənə bir çarə, işim yaşdı, dədəm vay!
Qanmadı HitlerHeç yerdə bir insan kimi davranmadı Hitler,Öz səhvini bir anlamadı, qanmadı Hitler.