Bir də görəsən, naili-canan olarammı?Eşqində onun bülbüli-xoşxan olarammı?

Minayi-səri-kuyini min dəfə dolansam,Bir yol, görəsən, layiqi-qurban olarammı?

Yüz cövr edəsən, bir demərəm, cövrünü az et,Min böylə cəfa olsa, peşiman olarammı?

Sinəm bu qədər yarələnib qəmzən oxundan,Axır, görəsən, qabili-dərman olarammı?

Dindir məni bir naz ilə, ey qönçeyi-ümmid,Bir gün açılıb gül kimi xəndan olarammı?

Çoxlar yetişib kamə, olub xadimi-kuyin,Mən də o hərəmxanəyə mehman olarammı?

Vahid, o qəra zülfə ki, həsrət çəkirəm mən,Ol zülfə əlim yetsə, pərişan olarammı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq