Yarəb, itirmişəm, neçə gündür nigarımı
Yarəb, itirmişəm, neçə gündür nigarımı,Tezliklə sən yetir mənim ol nazlı yarımı.
Yoxdur gülüm, nə üzlə gedim seyri-gülşənə,Bəxtim bu il xəzan eləyib novbaharımı.
Ol laləüzlüdən mənə hər kim xəbər verə,Billah, sevindirər bu dili-dağdarımı.
Namərd rəqibin hiyləsinə uydu dilbərim,Yandırdı nari-həsrət ilə qəlbi-zarımı.
Başım bəlalıdır, ölürəm, kimsə bilməyir,Bir qarəgözlü əldən alıb ixtiyarımı.
Mən bir vəfalı aşiqəm, ölsəm də eşqdə,Örtər çiçəklə, güllə gözəllər məzarımı.
Yarım mənə ölüncə vəfasızlıq eyləməz,Çox çəkmiş imtahana mənim etibarımı.
Bir də qədəh alıb əlimə badə içmərəm,Ta görməyincə gözlərim ol gülüzarımı.
Vahid, bu şeri yaz Həsənə, ömrdən gedir,Bir vaxt olur ki, xəlq oxuyar yadigarımı.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-yareb-itirmisem-nece-gundur-nigarimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu çəkdiyim qəmi cananə mən özüm demədim,Desəm, gülər bizə biganə, mən özüm demədim.
Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Çox cəfa çəkdim bu yolda, bir səfasın görmədim!
Gecə öz istədiyim yar ilə, işrətdə idimGecə öz istədiyim yar ilə, işrətdə idim,Sanki bir Adəm idim, guşeyi-cənnətdə idim.
Bir zaman mən də əsiri-rəhi-meyxanə idimBir zaman mən də əsiri-rəhi-meyxanə idim,Həvəsi-badə ilə aşiqi-peymanə idim.