Demədim dərdimi canana, yadımdan çıxdı
Demədim dərdimi canana, yadımdan çıxdı,Gördüm öz yarımı, biganə yadımdan çıxdı.
Bülbülə gül nə cəfa eylədiyin bildirdim,Yandı canım, niyə pərvanə yadımdan çıxdı?
Deyəcəkdim o qara zülfə nə dərdim var idi,Oldu könlüm dəli-divanə, yadımdan çıxdı.
Vəslinə mail olan günləri bir-bir saydım,Yandığım atəşi-hicranə, yadımdan çıxdı.
Zülf əlindən nə bəla çəkdiyimi bildirdim,Nə qədər fikr elədim, şanə yadımdan çıxdı.
Mey içərkən məni bir lütflə dindirdi o gül,Məst olanlar kimi peymanə yadımdan çıxdı.
Bəlkə, Vahid, deyim ol şuxə, inansın sözümə,And içim sevgiyə, vicdanə yadımdan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-demedim-derdimi-canana-yadimdan-cixdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dilbəra! Atəşi-eşqin ilə suzanəm mən,Yanıram, rəhm elə, qoyma bu oda yanəm mən.
Ömrümü tükətdi bu zəmanə, ölürəm mənÖmrümü tükətdi bu zəmanə, ölürəm mən,Gəldim bu fəna dəhrdə canə, ölürəm mən.
Aşiq olalı zülfünə, ey gül, dəliyəm mənAşiq olalı zülfünə, ey gül, dəliyəm mən,Öldür məni, asudə elə, ölməliyəm mən.
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Bir bülbül idi, bir də çəmənzar idi, bir mən.
Başqa şairlərin şeirləri · Eşq
Sevsən bil, sevginin çoxdur əzabıHünərin var, ona gətir sən tabı!
Aşıq PəriyəVerdimsə gər o şuxi-sitəmkarə könlümü,Bir gün də görmədim mən o biçarə könlümü.
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
Ya səndədi, ya məndəAla gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.