Bu çəkdiyim qəmi cananə mən özüm demədim
Bu çəkdiyim qəmi cananə mən özüm demədim,Desəm, gülər bizə biganə, mən özüm demədim.
Gül əldə, yar yanımda, meyim piyaləmdə,Bu zövqü ol güli-xəndanə mən özüm demədim.
O zülfə çoxdan əsirəm, bu sirri el də bilirKi, olmuşam niyə divanə, mən özüm demədim.
Desəm ki, ahim ilə şəmlər yanır gecələr,Mənəm o şəmidə pərvanə, mən özüm demədim.
Fələk rəqibə də bir gün bu dərdi çəkdirəcək,Odur salan məni hicranə, mən özüm demədim.
Nigar olan yeri xain rəqibə bildirmə,O gəlməsin bu gülüstanə, mən özüm demədim.
Bizim məhəbbətədir etiqadımız, Vahid!Ürək bu yolda dönür qanə, mən özüm demədim.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-bu-cekdiyim-qemi-canane-men-ozum-demedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sanma cahanda əhli-vəfa məhliqaləri,Bietibar olurmuş hamı, yox vəfaləri!
Ey dil, unutma zülm eləyən məhliqaləriEy dil, unutma zülm eləyən məhliqaləri,Onlardır eşq əsiri edən binəvaləri.
Bir arzudə yoxam vəsli-yardən qeyriBir arzudə yoxam vəsli-yardən qeyri,Nə zövq bülbül üçün laləzardən qeyri.
Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?Gözəlim, varmı bir aşiq sənə məndən qeyri?Ölərəm, baxsam əgər bir gülə səndən qeyri!
Başqa şairlərin şeirləri · Eşq
Səni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
SinəsinTər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.
Dostlar, əlimə keçdi axtardığım o gövhərKönlüm nəyi dilərdi, oldu ona müyəssər.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.