Xatirim zülfün xəyalilə pərişan eylədim,Öz əlimlə könlümün mülkünü viran eylədim.

Gül üzündə daneyi-xalın görüb, ey qönçələb,Əndəlibi gülşənin oldum da dilqan eylədim.

Şəmi-ruxsarın görüb pərvanəvar, ey məhliqa,Oda yaxdım canımı, ol şəmə suzan eylədim.

Qəsdi-canım üçün nizam ilə durub müjganların,Sineyi-suzanım ol peykanə qalxan eylədim.

Qəsdi buymuş, xəncəri-əbrulərin qanım tökə,Mən ona ondan qabaq canımı qurban eylədim.

Dün rəqib ilə görüb cananı ol qədr ağladım,Bəhri-əşki-çeşmilə əğyari heyran eylədim.

Vahida, Məcnunu derlər, aşiqi-sadiq, vəliMən ki, Məcnundan füzun eşqimdə tüğyan eylədim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq