Sevgilim, zülfünə ənbər dedilər, mən də dedim
Sevgilim, zülfünə ənbər dedilər, mən də dedim,Üzünə mahi-münəvvər dedilər, mən də dedim.
Necə kafər deyim ol gözlərinin mərdümünə,Fitnə ustadına kafər dedilər, mən də dedim.
Az deyildir məni də eşqdə Məcnun eləyən,Səni Leylayə bərabər dedilər, mən də dedim.
İzn ver aşiqin, ey gül, sənə zalim deməyə,Rəhmsizdir bu gözəllər, dedilər, mən də dedim.
Bağı-cənnət də cəmalın kimi olmaz, bilirəm,Ləbinə çeşməyi-kövsər dedilər, mən də dedim.
Afərinlər, ol təbiət ki, gözəllər yaradıb,Nə qədər xilqətə afər dedilər, mən də dedim.
Ey Züleyxayi-zaman, bircə sənin xatirinəYusifi-Misrə peyəmbər dedilər, mən də dedim.
El içində nə qədər gör mənə təsir elədi,Sevdiyim şuxə sitəmkər dedilər, mən də dedim.
Qəzəl ustadı füzuliləri var ölkəmizin,Vahidi onlara çakər dedilər, mən də dedim.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-sevgilim-zulfune-enber-dediler-men-de-dedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey könül, eşq aləmin seyr et, bu aləm başqadırKim, bu aləmdə məsərrət başqa, matəm başqadır!
Öyünmə çox, gözəlim, çox da gözlərin qaradır!Öyünmə çox, gözəlim, çox da gözlərin qaradır!Təbiətin işidir, gündə min gözəl yaradır.
Könlüm bir ahu gözlü əlindən yaralıdırKönlüm bir ahu gözlü əlindən yaralıdır,Gəlməz kəməndə, Azərbaycan maralıdır.
Bir nazənin bəyənmişəm, əsli qazaxlıdırBir nazənin bəyənmişəm, əsli qazaxlıdır,Hərdən gülümsəyirsə də, çox qaşqabaqlıdır.
Başqa şairlərin şeirləri · Eşq
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
ÜstünəEy nazlı yar, gül yanağın,Xub yaraşır xal üstünə.
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,