Öyünmə çox, gözəlim, çox da gözlərin qaradır!
Öyünmə çox, gözəlim, çox da gözlərin qaradır!Təbiətin işidir, gündə min gözəl yaradır.
Bu canı istə verim, özgə bir şeyim yoxdur,Mən aşiqəm, nəyim olsa, mənimki aşkaradır.
Səni görən kimi aləm mənə behiştə dönür,O gün ki, gül üzünü görməsəm, günüm qaradır.
Rəqibə vermə nişan, yaxşı saxla qoynunda,Mənim də eşqim o bir cüt dərilməmiş naradır.
Desəm qılınc qaşına, qorxuram dilim kəsilə,Sözün düzü, nə bilim, bəlkə əyri ayparadır?!
O yerdə ki, dəli könlüm səni gəzib soruşur,Özüm də bilməyirəm çox zaman, o yer haradır?
Rəqib tənəsi, Vahid, mənə toxundu o gün,Sızıldayır ürəyim, sanki ox dəyib, yaradır.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-oyunme-cox-gozelim-cox-da-gozlerin-qaradir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevgilim, bu bağda biz də bağbanıq,Bu gül, bu laləzar, qoy bizim olsun!
Bu ceyranEy əhli-dərdlər, dinləyin məni,Əqlimi başımdan aldı bu ceyran!
MollaxanaKöhnə dostumla gözəl bir gündə,Görüşərkən mayın on dördündə
Yanında dilbərimin etibarım olmasa daYanında dilbərimin etibarım olmasa da,Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.