Könlüm bir ahu gözlü əlindən yaralıdır
Könlüm bir ahu gözlü əlindən yaralıdır,Gəlməz kəməndə, Azərbaycan maralıdır.
Süzgün baxışla aləmi salmışdır heyrətə,Ya lənkəranlı, ya bu gözəl astaralıdır.
Hərdəm ki, saçları bürüyür gül cəmalını,Sanki günəş buludda tutulmuş, qaralıdır.
Bir zərrəcə yaxınlığımız olmayıb hələ,Məndən günəş qədər o pərivəş aralıdır.
Hər gün bir ayrı cür bəzənir qönçə gül kimi,Əynində tirmə köynəyi var, zərxaralıdır.
Qaş-gözlə gündə yüz can alır, aşiq öldürür,Alnında tale ulduzu var, ayparalıdır.
Vahid, var olmasa, səni heç kimsə istəməz,Canan sevər o aşiqi pullu-paralıdır.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-konlum-bir-ahu-gozlu-elinden-yaralidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu çəkdiyim qəmi cananə mən özüm demədim,Desəm, gülər bizə biganə, mən özüm demədim.
Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Çox cəfa çəkdim bu yolda, bir səfasın görmədim!
Gecə öz istədiyim yar ilə, işrətdə idimGecə öz istədiyim yar ilə, işrətdə idim,Sanki bir Adəm idim, guşeyi-cənnətdə idim.
Bir zaman mən də əsiri-rəhi-meyxanə idimBir zaman mən də əsiri-rəhi-meyxanə idim,Həvəsi-badə ilə aşiqi-peymanə idim.