Bir nazənin bəyənmişəm, əsli qazaxlıdır
Bir nazənin bəyənmişəm, əsli qazaxlıdır,Hərdən gülümsəyirsə də, çox qaşqabaqlıdır.
Biganə dindirəndə o gül can deyir ona,Mən can desəm, acıqlı baxır, çox maraqlıdır!
Naz eləyir rəqibimə, dindirməyir məni,Guya ki, qönçə güldü, onun ağzı bağlıdır.
Al qırmızı geyir Qarabağ nazəninləri,Bilməm, nə üz verib o gülə qarə bağlıdır.
Fərhadı olmuşam yenə bir lalə üzlünün,Şirin baxışla yüz can alır, nəsli dağlıdır.
Olmaz zəmanəmizdə belə nazənin gözəl,Yüz min nigarə tənə vuran gülyanaqlıdır.
Vahid, nə lazım öylə gözəl, qanmır aşiqi,Sevmək bir öylə dilbəri ki, anlacaqlıdır.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-bir-nazenin-beyenmisem-esli-qazaxlidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözlərin qarəsinə bir neçə qurban demişəm,Qaşların tağına qurban yerinə can demişəm.
Bu söz ki var, bunu, ey mahiparə, mən demişəmBu söz ki var, bunu, ey mahiparə, mən demişəm,Əsir edib məni ol zülfü qarə, mən demişəm.
Səninlə mən, gözəlim, aşinalıq eyləmişəmSəninlə mən, gözəlim, aşinalıq eyləmişəm,Səni vəfalı bilib, canfədalıq eyləmişəm.
Sevgilim, bir bilmədin, sənsiz nə möhnət çəkmişəm.Sevgilim, bir bilmədin, sənsiz nə möhnət çəkmişəm.Bivücud əğyarlərdən çox əziyyət çəkmişəm.
Başqa şairlərin şeirləri · Eşq
Qaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
SevdiyimSizin yerdə nə adətdi Fərhada,Böhtan deyən aşinayə, sevdiyim.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Hevâ ki şol sanemün zülfini müşevveş iderHevâ ki şol sanemün zülfini müşevveş iderKohusını irürür bu dimâğuma hoş ider