Sevgilim, bir bilmədin, sənsiz nə möhnət çəkmişəm.
Sevgilim, bir bilmədin, sənsiz nə möhnət çəkmişəm.Bivücud əğyarlərdən çox əziyyət çəkmişəm.
Zövqi-vəslin xatirə gəldikdə qəmdən ağlaram,Özgə bir canənə sənsiz, sanma, həsrət çəkmişəm.
Məh cəmalın görməyə biganə fürsət vermədi,Sübh olunca hər gecə kuyində növbət çəkmişəm.
Bivəfalıq rəsmini tərk et, dedim, tərk etmədin,Səndən ötrü yalvarıb əğyarə minnət çəkmişəm.
Vəsli-yar olmaz müyəssər hər bəlakeş aşiqə,Mən sədaqətlə bu yolda çox müsibət çəkmişəm.
Nazəninlər vəslinə mən nail olsam, haqlıyam,Çünki çox məhparələr eşqində zəhmət çəkmişəm.
Özgəni dindirdi, öz yarım məni dindirmədi,İndi gör, Vahid, xəcalətdən nə zillət çəkmişəm!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-sevgilim-bir-bilmedin-sensiz-ne-mohnet-cekmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir sən kimi vəfasız olan yarə neyləyim,Canan ki verdi könlünü əğyarə, neyləyim?!
Yayıldı sevgimiz, ey şux, hər diyarə bizimYayıldı sevgimiz, ey şux, hər diyarə bizim,Bütün məhəbbətimiz çıxdı aşikarə bizim.
Sandım vəfalı, hər gülə ümmid bağladımSandım vəfalı, hər gülə ümmid bağladım,Axır vəfası olmadı, dərdimdən ağladım.
Ey gül, nə oldu ki, sənə həmdəm mən olmadım?Ey gül, nə oldu ki, sənə həmdəm mən olmadım?Biganə oldu vəslinə məhrəm, mən olmadım?