Könlümü zülfün xəyaliylə pərişan etmişəm,Öz əlimlə eşq mülkün gör nə viran etmişəm!

Bir vəfasız güldən ötrü xarə çox yalvarmışam,Hər zaman bülbül kimi min ahü əfğan etmişəm.

Eşqdə yanmaqdan özgə bir əlamət görmədim,Könlümü pərvanətək çox şəmə qurban etmişəm.

Eşq bir divanəlikmiş, dərdə düşmüş könlümə,Eşqdən əl çəkmədi, yüz dəfə dərman etmişəm.

Eşq cövründən qutarmaq bir sağalmaz dərd imiş,Mən bu dərdin çarəsin ölməklə asan etmişəm.

Məndən əvvəl yoxdu bir aşiq diyari-eşqdə,Eşq dərsin mən gedib Məcnunə elan etmişəm.

Vahidəm, mən leyliveşlər zülfünün Məcnuniyəm,Çox zamanlar vadiyi-eşq içrə cövlan etmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq