Yayıldı sevgimiz, ey şux, hər diyarə bizim,Bütün məhəbbətimiz çıxdı aşikarə bizim.

Gülüzlü şux gözəllərlə ölkəmiz bəzənib,Nə ehtiyacımız indi yeni baharə bizim?

Fərəhli yurdumuzun nazənin sənəmlərininAyaqlarından öpür ay, günəş, sitarə bizim.

Bizi sevindirən ancaq vətən məhəbbətidir,Yox eşqimiz bu gözəl ölkədən kənarə bizim.

Vətən çiçəklərinin biz sevimli bülbülüyük,Nə meylimiz gülə vardır, nə laləzarə bizim.

Olaydı kaş elə bir əhli-hal dünyadə,Bütün bu sevgimizi söyləyəydi yarə bizim.

Bu arzudayıq hər gün böyük təbiətdənYüz il də ömrümüzü artıra dübarə bizim.

Zəmanə get-gedə, Vahid, dönüb behişt olacaq,Neçün ki, qüdrətimiz var hər iqtidarə bizim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq