Sandım vəfalı, hər gülə ümmid bağladım
Sandım vəfalı, hər gülə ümmid bağladım,Axır vəfası olmadı, dərdimdən ağladım.
Bir cümlə tapmadım ki, ola eşqdən gözəl,Tarixi – hər səhifəni açdım, varaqladım.
Dünyanın eyşü nuşuna aludə olmadım,Gülgün şərabı atdım əlimdən, ayaqladım.
Divanələrtək olmadı həmraz olan mənə,Qəm guşəsində nalə çəkib, diz qucaqladım.
Bir lalə üzlü, fitnə baxışlı, şəkər ləbinFərhadı oldum, eşqi ilə sinə dağladım.
Bildim gilayə eyləcək dilbərim mənə,Fürsətdən istifadə edib mən qabaqladım.
Vahid! O kimsələr ki, gülüstani-şerdənGül dərdi getdi, xarü xəsin mən alaqladım.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-sandim-vefali-her-gule-ummid-bagladim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəc baxsa kim ol mahi-cəmalə, gözü çıxsın,Düşsün o da mən kimi bu halə, gözü çıxsın!
Olsa idi əsəri naleyi-əfğanımızınOlsa idi əsəri naleyi-əfğanımızın,Yenə bir rəhmi gələrdi bizə cananımızın.
Məni atdın, gözəlim, özgələrə yar oldunMəni atdın, gözəlim, özgələrə yar oldun,Neyləmişdim, mənə yar olmadın, əğyar oldun?
Nə üçün hüsnünə, ey gül, belə məğrur oldun?Nə üçün hüsnünə, ey gül, belə məğrur oldun?Bivəfalıqda bütün aləmə məşhur oldun.