Gəc baxsa kim ol mahi-cəmalə, gözü çıxsın
Gəc baxsa kim ol mahi-cəmalə, gözü çıxsın,Düşsün o da mən kimi bu halə, gözü çıxsın!
Öldürdü məni tənəsi hicrində rəqibin,Gəl, bir yetişək bəzmi-vüsalə, gözü çıxsın!
Mahi-ruxini çərxdə xurşidə nişan ver,Qalsın mütəhəyyir bu cəmalə, gözü çıxsın!
Seyri-çəmən et, qönçə ləbindən ola dilxun,Göstər üzünü, dağdakı lalə gözü çıxsın!
Çeşmü ləbini saqiyə meyxanədə göstər,Meytək qızarıb əldə piyalə, gözü çıxsın!
At sinəmə müjgan oxun, əğyarın həsəddənDüşsün ürəyi, ey gözü alə, gözü çıxsın!
Vahid, mənim ol gözləri xunbarimi hər kəsBəd gözlə əgər salsa xəyalə, gözü çıxsın!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gec-baxsa-kim-ol-mahi-cemale-gozu-cixsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ahım şərəri yetsə, nolur ərşi-bərinə,Səbr etmək olurmu vətənin dərdi-sərinə?
EtməzLəzzəti-xeyri görən şər işə iqdam etməz,Mərdi-aqil özünü nakəsi-əyyam etməz.
Ədalətİzhar ola gər pərtövi-ruxsari-ədalət,Dünyanı tutar büsbütün ənvari-ədalət.
HürriyyətXoş olmasaydı cahanda məali-hürriyyət,Həqiqətən, olamazdı məqali-hürriyyət.
Başqa şairlərin şeirləri · Eşq
Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Gözlərimdən tökülür bu dili-müztər qanıGözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
Xana müraciətMəni yardan ayırdılar,Sənə olsun xəbər, xanım