Xoş olmasaydı cahanda məali-hürriyyət,Həqiqətən, olamazdı məqali-hürriyyət.

Olardı tirə bəşər çeşminə cahan yeksər,Görünməsəydi günəştək cəmali-hürriyyət.

Pozar, bütün dağıdar əbri-zülmü ədl ilə,Ki, yetdikcə kəmalə hilali-hürriyyət.

Həmişə şeştəri-heyrətdə şahi mat eylər,Gələndə gərdişə əsbi-cidali-hürriyyət.Yetirsə mehdi-cahan min nəfər səadətmənd,Zəmanə bir də yetirməz misali-hürriyyət.

Görüm ki, xanəsi bərbad ola o bədxahın,Bu isə qəsdi ola payimali-hürriyyət.

Tamam əsrdə naqis qalır hilal kimi,Hər ol kəs etməsə kəsbi-kəmali-hürriyyət.

Gərək ki, rişəsi zülmün kəsilsin aləmdə,“Ədalət” ilə ucalsın nəhali-hürriyyət.

Sanırsa zahid özün əhli-mərifət, əmma,Bilirmi, nolduğun olsa suali-hürriyyət?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri