Məktəb nə deməkdir?
Məktəb demək insanlar üçün xaneyi-ibrət,Məktəbdir edən növi-bəşər ruhunu rahət.Məktəbdir işıqlandıran afaqı sərasər,Məktəblə fəqət parələnir pərdeyi-zülmət.Məktəb əgər olmazsa bu dünya üzərində,Məhv eyləyər insanları bilmərrə cəhalət.Şənü şərəf insanlara məktəblədir ancaq,Məktəbsiz olan kimsədə zənn etmə ləyaqət!Cahilləri məktəbdir edən mərdi-xirədmənd,Vəhşiləri məktəbdir edən vaqifi-hikmət.Məktəblə bilər xalq nədir xilqəti-aləm,Məktəbdir olan kaşifi-əsrari-təbiət.Məktəbdir edən zülmdən insanları azad,Məktəblə olur məqsədə nail bəşəriyyət.İnsan, bəli, məktəblə olur hər işə dara,Məktəblə tapar xəlqi-cahan rahi-həqiqət.Məktəblə fəqət göstərir övladi-zəmanəTarixdə, həm elmdə, sənətdə məharət.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-mekteb-ne-demekdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey yıxan könlüm evin, qıl həzər əfğanımdan!Evin abad ola, əl çək dili-viranımdan.
Cuş edib seyli-qəm, əzbəs ki, aşıb başımdanCuş edib seyli-qəm, əzbəs ki, aşıb başımdan,Ol ki, vaqifdi, bilər halımı göz yaşımdan.
Vəfasızdır, könül, hər kim əsirgər canı canandanVəfasızdır, könül, hər kim əsirgər canı canandan,Gərək canan yolunda keçsin aşiq şövqlə candan.
Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Xain gözünü çək dərəmizdən, dağımızdan!