Göstər, gözəlim, gül üzünü görsün, utansın
Göstər, gözəlim, gül üzünü görsün, utansın,Pərvanə sorağında gəzib odlara yansın.
Bəsdir, bu qədər məst gözün fitnə törətdi,Baxma mənə çox naz ilə, qoy fitnə dayansın.
Zülfün əcəb ahəstə yatıb tər sinən üstə,Tərpənsə xəta baş verəcək, qoyma oyansın.
Könlümdə nələr var, sənə neylim, demək olmur,Yox bir elə hal əhli deyim, dərdimi qansın.
Cənnət ki, deyirlər, ona bir kimsə inanmır,Sən göstər o gülçöhrəni, qoy aləm inansın.
Bəxtim kimi biganələrin ömrü gödəlsin,Ey gül, təki aləmdə sənin zülfün uzansın.
Çoxdan o qara gözlərinin həsrətiyəm mən,Alsın, gözəlim, canımı, çox qoyma, yubansın.
Neylib sənə bilməm bu fəlakətzədə könlüm,Biçarəni bir qoymadın, asudə dolansın.
Vahid, demə, eşqində cəfa çəkdim o şuxun,Tap bir elə aşiq ki, bu sövdadə qazansın.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-goster-gozelim-gul-uzunu-gorsun-utansin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.
Tale mənə yar olmasa, mən neyləyə billəm?Tale mənə yar olmasa, mən neyləyə billəm?Zövqümcə nigar olmasa, mən neyləyə billəm?
Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.Salan nəzərdən o çeşmi-xumarı mən özüməm.
Mən həmişə yarımın zülfün pərişan istərəmMən həmişə yarımın zülfün pərişan istərəm,Ağ üzündə qara xalın, çünki pünhan istərəm.