Ey könül, eşq aləmin seyr et, bu aləm başqadır
Ey könül, eşq aləmin seyr et, bu aləm başqadırKim, bu aləmdə məsərrət başqa, matəm başqadır!
Dəm qənimətdir, demişlər, bir gülüzlü yar iləHəmdəm ol, mey camın əldə tut ki, bu dəm başqadır!
Mən necə əbrulərə mahi-məhərrəm söyləyim,Bu qılınclar başqadır, mahi-məhərrəm başqadır!
Kim desə keysuyi-pürxəm zülfünə, divanədir,Eşqdə zəncir başqa, zülfi-pürxəm başqadır!
Kuyinə gəlməzsə zahid, vəchi var, məzurdur,O ki, cənnət var, demişlər, onda Adəm başqadır!
Qətrə-qətrə tər düzülmüş ruyinə, şəbnəm deyil,Pürbəha dürdanədir, gül üzrə şəbnəm başqadır!
Şerdən bəhs etmə, Vahid, biz də dünya görmüşük,Şerdə Azər kimi ustadi-əzəm başqadır!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ey-konul-esq-alemin-seyr-et-bu-alem-basqadir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Mehri-cəmalına məhi-ənvər deyilməyib?
Dedi ol yar mənə: dəftərimiz evdə qalıbDedi ol yar mənə: dəftərimiz evdə qalıb,Eşqə dair yazılan sözlərimiz evdə qalıb.
Könlüm kimi, o zülfə yenə şanə bağlanıbKönlüm kimi, o zülfə yenə şanə bağlanıb,Can riştəsi o zülfi-pərişanə bağlanıb.
Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olubFirqətindən, ey ləbi qönçə, bu bağrım qan olub,Adətim bülbül kimi şamü səhər əfğan olub.
Başqa şairlərin şeirləri · Eşq
Tənha qaldı nazlı yarım,Dağlar qoynunda-qoynunda.
Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.