Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olub,Adətim bülbül kimi şamü səhər əfğan olub.

Kim, iki sərçeşmədir, cana, dü çeşmin, qıl yəqin,Qorxum oldur, qərq olam, əzbəs axıb ümman olub.

Atəşi-ahim sədasi çulğayıb səhraləri,Ahü naləmdən fələk müddətdi, sərgərdan olub.

Həddi olmaz ola həmta, eşqdə Sənan mənə,Qeysü Fərhad ahü naləmdən mənim pünhan olub.

Sən məhi-övci-vəcahətsən, sənə yoxdur zəval,Vəslinə yetsəm, çətin can verməyim asan olub.

Vahidi salma, amandır, çeşmidən, ey mahru,Neçə müddətdir qapında kim, sənin dərban olub.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq