Mən istərəm, bu naməni cananə göndərim,Canım fədası olduğu bir canə göndərim.

Dərdi-fəraq ilə o yanır indi şəmtək,Mən könlümün quşun ona pərvanə göndərim.

Mən də o gül xəyalı ilə dərdə düşmüşəm,Yarəb, bu dərdi mən necə Loğmanə göndərim?

Çoxdan gülündən ayrı düşən dərdli bülbülüBir kimsə tapmadım ki, gülüstanə göndərim.

Vahid, unutma həzrəti-Yusif hekayətin,Fikrimdə var, bu şerimi zindanə göndərim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran