Tapşır, ey gül, zülfünə daim pərişan olmasın,Aşiqin bülbülsifət hicrində nalan olmasın.

Bir kənar eylə üzündən, aşikar olsun üzün,Gizlənib ruyin o zülfün içrə, pünhan olmasın.

Qətlimə fərman verib əbrulərin, müjganların,Sineyi-suzanimə dəysin, peşiman olmasın.

Cümlə dəysin sinəmə, ox ilə parə eyləsin,Yüz müalic eyləsə, tədbiri-dərman olmasın.

Cənnəti, hurini vəsf eylər mənə zahid, gərəkCənnəti-əladə bir sən kimi qılman olmasın.

Seyyidi Zərgər idi, Vahid, cahanda mürşüdün,Cəhd qıl, bir nöqtə bu şerində nöqsan olmasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq