Ləbin rümuzi üçün çox baxıldı təfsirə,Gələndə şərhinə, dil aciz oldu təqrirə.

Behişti-kuyinə yol tapsa idi vaiz əgər,İnan ki, aşiqini başlamazdı təkfirə.

Nə Leylisən, gözəlim, qıldın aləmi Məcnun,Saçın xəyalı çəkib kainatı zəncirə.

Tökəndə mahin üzə zülfi-pürxəmin guya,Günəş tutuldu, cahan oldu sərbəsər tirə.

Bəlayi-eşqə düşən aşiqə əlac olmaz,Əcəl ki, gəldi nə bir ehtiyac tədbirə!

Qaşın xəyalı çəkib aşiqini mehrabə,Qoyanda səcdəyə baş, rast gəldi şəmşirə.

Nə Vahidə, nə də ki, Şərqiyə vəfa qıldın,Bir hörmət eyləmədin nə cavanə, nə pirə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq