Faşistlərin burnun əcəb ovdular,Qoşunların Moskvadan qovdular.Şaxtada on minlər ilə dondular,Çıxdı boşa niyyəti germanların.Heç yox imiş qeyrəti germanların.

Köhnə şinelçin on adam vururlar,Kəsdirirlər palanları, dururlar.Camaatı zorla soyundururlar,Üryan gəzir milləti germanların,Heç yox imiş qeyrəti germanların.

Saldatı qorxudan çıxarmır səsin,Əsir soyuqdan, itirir qüvvəsin.Əfsərləri geyir qadın yubkasın,Bəlli oldu qeyrəti germanların,Çıxdı boşa niyyəti germanların.

Nemeslər cəbhəyə hamı lüt gedir,Çoxu acından yıxılır, küt gedir...Paltarından qoşun kimi bit gedir!Çıxdı boşa niyyəti germanların,Heç yox imiş qeyrəti germanların.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira