O gün də söz verib, ey mahiparə, gəlməmisən,Bu gözləməklə günüm oldu qarə, gəlməmisən.

O gündən indiyədək könlüm intizardədir,Təsəlli verməyə bu intizarə gəlməmisən.

Bu hüsnlə sənə hərgiz yaraşmayır, gözəlim,Birinci dəfə deyildir, dübarə gəlməmisən.

Sənə nə tənə edim, çünki təcrübən azdır,Mənimtək eşqə düşüb ahü zarə gəlməmisən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran