Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsın
Görüm, ey bivəfa, zülfün həmişə şanəsiz qalsınO canlar məskəni əğyarsız, biganəsiz qalsın.
Camalın şəminə qoy mən yanım, əğyarı yandırsın,Şəbi-hicranı görsün, şəmsiz, pərvanəsiz qalsın.
Əgər ol zülfə məndən qeyri bir aşiq könül versə,Bu zənciri-cünun, yarəb, görüm, divanəsiz qalsın.
Mənim əfsaneyi-eşqimlə indi zövq alır aləm,Gərək Fərhadü Məcnun şöhrəti əfsanəsiz qalsın.
Məni məhrum edən gülüzlülər cami-vüsalindənİçib öz bağrının qanın, meyi-meyxanəsiz qalsın.
Ədavətlə könül peymanəsin sındırma, ey zalim,Rəva görmə, məhəbbət xanəsi peymanəsiz qalsın.
Məni ol nazlı canandan ayırmaq istəyən, Vahid.Mənimtək min bəla çəksin, gözəl cananəsiz qalsın.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gorum-ey-bivefa-zulfun-hemise-sanesiz-qalsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şuradan əlim çıxdı, lap oldum evi bərbad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.
GəlibDinçilər, hazır olun, bir qoca ovbaş gəlib,Bütün əmmaməli meymunlara yoldaş gəlib.
Hüriyyəti-nisvanKeçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Pəh-pəhPəh-pəh, Bakı dönmüş necə gör, xuldi-bərinə,çıx eylə səyahət.