Zülfündə nə lazım, gözəlim, şanə dolansın?
Zülfündə nə lazım, gözəlim, şanə dolansın?Qoyma, o hərəmxanəni biganə dolansın!
Eyb eyləmə, kuyində dolansam gecə-gündüz,Şəmin gərək ətrafına pərvanə dolansın.
Saqi! Dolanım başına, mey camini gəzdir,Sərməst olayım, başıma meyxanə dolansın.
Ol zülfə könül vermə, deyirlər mənə, əmmaOnsuz necə bəs bu dili-divanə dolansın?
Məcnun nə bərabər mənə, səhralərə qaçdı,Eşq əhli odur, ərsədə mərdanə dolansın!
Əğyar ilə öz yarını həmdəm görən aşiqDüşsün gərək o dəşti-biyabanə, dolansın.
Sərxoşluq ilə ömrünü sərf eyləmə, Vahid!Arif ona derlər ki, ədibanə dolansın.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-zulfunde-ne-lazim-gozelim-sane-dolansin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cuş edib seyli-qəm, əzbəs ki, aşıb başımdan,Ol ki, vaqifdi, bilər halımı göz yaşımdan.
Vəfasızdır, könül, hər kim əsirgər canı canandanVəfasızdır, könül, hər kim əsirgər canı canandan,Gərək canan yolunda keçsin aşiq şövqlə candan.
Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Xain gözünü çək dərəmizdən, dağımızdan!
Sevdiyin yarın əlindən tutasan, cam alasanSevdiyin yarın əlindən tutasan, cam alasan,Öpəsən ləblərin, o naz edə, sən kam alasan.
Başqa şairlərin şeirləri · Eşq
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
BaxınAriflər, fəhm eləyin, süzüb gedən yara baxın!Eyləyib müjganları sinəmi səd para, baxın!
Sənin nəfəsinSənin sevgilin olmaq deyil asan, sevgilim,Ömrümün dörd fəslinin baharısan, sevgilim.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm