Vəh ki, mən biçarəni biçarə qıldın aqibət,Dərbədər salıb məni avarə qıldın aqibət.

Qönçə tək ağzım dolu xunabi-həsrət eyləyib,Gül kimi pirahənimi parə qıldın aqibət.

Ancə güldün mən fəqiri-natəvan əhvalinəKim, nəsibim giryeyi-həmvarə qıldın aqibət.

Gərçi öldürdün məni-bimarini həsrət bilə,Şükr kim, tabutuma nəzzarə qıldın aqibət.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çak qıldın Kişvərinin könlini tiği-hicr ilə,Razi pünhanı anun aşkarə qıldın aqibət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran