Göz aldurmuş yenə könlüm o şol ibarlü ceyranə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Göz aldurmuş yenə könlüm o şol ibarlü ceyranə,Düşüb səhrayə ahu tək, batupdur nafə tək qanə.
Tökərmən əşkidən kövkəb, gözüm yaşlu, qurumuş ləb,Müsəlman düşməsün, yarəb, bəlayi-daği-hicranə.
Səri-zülfi-siyah əgri, qoyub tərfi-külah əgri,Qılur hər yan nigah əgri, gəzər sərxoş yetimanə.
Brəhmən görsə rüxsarin, iki zülf çü zünnarin,Götürməz tab didarin, gəlür vallah iymanə.
Məqtə — şairin təxəllüsü olan son beyt. İlikdür kənlini gəh-gəh ki, aləmni yıxar vallah,Çəkib qul Kişvəri nagəh bir ahi dərdməndanə.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-goz-aldurmus-yene-konlum-o-sol-ibarlu-ceyrane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim,Bənəfşəm, sünbülüm, laləm, gülüm, tazə gülüstanım.
Ey xərməni-gül, gülşəni-rüxsarına qurbanEy xərməni-gül, gülşəni-rüxsarına qurban,Sərvi-çəməni, qamətü rəftarına qurban.
Munca qan tökməkdən, ey xunxar, usanmazmısanMunca qan tökməkdən, ey xunxar, usanmazmısan,Munca xəlqi göydürüb, ey yar, usanmazmısan?
Könlüm nəsibi çün ki, bəla qıldı yarədənKönlüm nəsibi çün ki, bəla qıldı yarədən,Tabi-bəla gətürmədi, can çıxdı arədən.