Səni görgəc əsir etdi məni ol çeşmi-məstanə,Müsəlmansan mədəd qıl, kim, düşübmən kafəristanə.

Bolur yüz xirqə çak, ey gül, çü sən börkün qoyub əgri,Açılmış bağları duttun, çıxarsanmı pəristanə.

Qamış tək oxların bəs kim, gəlürsan qatı yanidən,Təni-zarim mənim bənzər qurumuş bir neyistanə.

Ləbi-lə’lin fəraqında ki, düşmiş daneyi-xalın,Yatur bir oğru hindudur ki, girmiş şəkkəristanə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ölürsə Kişvəri xəstə, gülər ol yüzi güldəstə,Yanar pərvaneyi-miskin nə ğəm şəm’i-şəbistanə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri