Mənüm tək yardan, yarəb ki, məhcur olmasun kimsə,Çəkib rənci-fəraqi yarü rəncur olmasun kimsə.

İki zülfin xəyalında gecə dana dəkin uymas,Giriftari-ğəm şəbhayi-dəycur olmasun kimsə.

Gözün şagirdidür ğəmzən, əgər yüz qan qılur hərdəm,Nə dərdin var anun, cəlladə muzdur olmasun kimsə.

Quduz it kimi qadirlər məni görgəc ulus hər yan,Səgi-divanə tək el içrə məşhur olmasun kimsə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ğüruri-vəsl başında yoluxdu Kişvəri hicrə,Vəfasız yarının vəslinə məğrur olmasun kimsə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq