Könül kim, yar tiğindən bolub bir guşəsi parə,Kəsilməz yardan yana gedər yalvarə-yalvarə.

Qaşın sevdasidən cana, cahanı tərk edib zahid,Tutuptur künci-mehrabi, çevirmiş yuzi divarə.

Səmumi-hicr yandurdi vücudim xirməni ansız,Yetürgil, ey səba, bari mənim halimni dildarə.

Səbrü qərarü dil qoyub, avarə boldular,Sən ey can, bilməzəm yarəb, nədən qalmışsan avarə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nə çarə Kişvəri imdi kim, ol andin cüda qaldın,Sən ansız qala bilməzsən, sənə ölməkdürür çarə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq