Vəh ki, qıldı natəvan bir gözləri sayru məni
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Vəh ki, qıldı natəvan bir gözləri sayru məni,Qıldı rüsvayi-cəhan bir nərgisi-cadu məni.
Həlqeyi-zülfündən ayru eyləyəm divanə kim,Saxlamaq mümkün dəgül zəncir ilən bağlu məni.
Ey visalun eydü mən eydi-visalundan bəid,Öldürür hər ləhzə bu həsrət bilə qayğu məni.
Görgəli zülf ilə xalıni giriftarəm sana,Gör ki, necə bağladılar hər iki hindu məni.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xanüman tərkin qılıb səhrayə düşdüm, Kişvəri,Qıldı avarə vətəndən bir gözi ahu məni.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-veh-ki-qildi-natevan-bir-gozleri-sayru-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəs ki, xuni-dil bilə kirpiklərim qan bağladı,Guyiya kim, hər biri bir şaxi-mərcan bağladı.
Ötti iş andan ki, daxı dərdimə dərman qılayÖtti iş andan ki, daxı dərdimə dərman qılay,İmdi fikrim budurur kim, can sana qurban qılay.
Ey səfayi-sübhdəm, sübh visalın sədqəsiEy səfayi-sübhdəm, sübh visalın sədqəsi,Pərtövi-şəm’i-fələk şəm’i-cəmalın sədqəsi.
Ey nihali-sərv, sərvi-qamətin şərməndəsiEy nihali-sərv, sərvi-qamətin şərməndəsi,Abi-heyvan çeşməsi, şirin dodağın sədqəsi.
Başqa şairlərin şeirləri · Eşq
Tutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
Qəzəl: Üşşaq binəvaya qulaq tut, nəvayı görÜşşaq binəvaya qulaq tut, nəvayı gör,Ney tək bu bizəbanlara dil ver, harayı gör
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi