Bəs ki, xuni-dil bilə kirpiklərim qan bağladı,Guyiya kim, hər biri bir şaxi-mərcan bağladı.

Bülbülün çeşmində yol qıldı rəvan xunabə kim,Novərusi-qönçəyə kuyi-giriban bağladı.

Boldus ölgün kövkəbəfşan çeşmim ay yüzün görübKim, qəza me’mari bu taqi-zərəfşan bağladı.

Xətti-rüxsarini görgəc bağibani-baği-sün’,Tazə bir güldəstənün hər yanı reyhan bağladı.

Ləblərindən cür’ə-cür’ə mey ki, damdı, toprağa,Adəm ol topraqidən sərmayeyi-can bağladı.

Hicr ilən girdi səvaşə könlü uş meydanara,Tarə yanmış dağ ilə köksinə qalxan bağladı.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri ağzı xəyalilən ədəm sarı gedir,Ol müsafir tək ki, yanında nəməkdan bağladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri